C.Palmer podium xəyalı qurur

Renault komandasının sürücüsü Colion Palmer bu il podiuma yüksəlməyin çətin olacağını qəbul etsə də, karyerasındakı ilk podiumun xəyalını qurur.

F-1.az xatırladır ki, 2016-cı ildə Formula1-ə qayıdan Renault komandası yaxşı performans göstərə bilməyib və mövsümü 9-cu yerdə bitirib.

Amma fransızlar bu il böyük addımlar atmağı planlaşdırırlar və hər yarış xal zonasında olmaq istəyirlər.

Colion Palmer 2017-ci ilin onlar üçün çətin keçəcəyini bilsə də, karyerasındakı ilk podiumun xəyalını qurur: “Yeni qaydalardan sonra da Mercedes, Ferrari və Red Bull ilk üçlükdə qərarlaşacaqlar. Onlardan sonra isə Williams, Force İndia, McLaren və bəlkə də Toro Rosso gələr. Böyük ehtimalla bu qrupda olacağıq. Hər yarışdan xal almaq istəyirəm.

İlk podiumumun xəyalını qururam. Əlbəttə, hazırda nə desək mənasızdır. Nəticədə rəqiblərimizin nə etdiyini, nə qədər inkişaf edəcəyini və təkərləri necə istifadə edəcəklərini bilmirik.

Əgər podiuma yüksəlsək, bu, komanda üçün mükəmməl olar. Force İndia 2016-cı ildə iki dəfə podiuma yüksəldi və eynisini biz təkrarlaya bilərik. Hazırda təkcə bunu hiss edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*