C.Palmer: Piastri daha çox sürməli idi

Sabiq Formula1 sürücüsü Colion Palmer düşünür ki, Oskar Piastri bolidə öyrəşmək üçün Bəhreyn yarışında bir neçə dövrə vurmalı idi.

F-1.az xatırladır ki, avstraliyalı sürücü debüt yarışı Bəhreyndə 13-cü dövrədə mübarizəni dayandırıb.

Colion Palmer: “Sözün açığı Oskar Piastrinin bir neçə dövrə atmağa ehtiyacı var idi. Komanda üçün məlumatlar toplaya bilərdi. Ancaq etibarsızlıq problemi yaşadı.

McLaren-in vəziyyəti yaxşı deyil. Məncə, Bakı yarışını səbirsizliklə gözləyirlər, çünki o yarışa yeniliklər aparacaqlar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*