C.Palmer: “Oğlum Formula1-də qalmağa layiqdir”

Colion Palmerin atası Conatan bildirib ki, oğlu Formula1-də qalmağa layiqdir...

F-1.az xatırladır ki, Colion hazırda Renault-nun şərəfini qoruyur və bu mövsüm komandası zəif olduğu üçün arxa cərgələrdə mübarizə aparıb. Fransızlar isə 2017-ci üçün bir neçə sürücü ilə danışıqlar aparırlar və Niko Hülkenberq gələn ildən etibarən “sarılar”ın şərəfini qoruyacaq.

Conatan Palmer isə düşünür ki, oğlu Formula1-də qalmalıdır: “Colion rəqabətədavamlı komanda ilə yarışmağa layiqdir. Yaxşı komanda ilə yaxşı işlər görə bilər.

Bu mövsümün nəticələri gözlədiyimizdən daha yaxşı idi. Yaponiyadakı zaman nəticələri Williams-dan 0.2 saniyə zəif idi. Bu da sürdüyü bolidin gücünə görə əla nəticədir.

Renault dekabrda komandanı Lotus-dan aldı və ilk mövsümlərində rəqabətədavamlı bolid düzəldə bilmədilər. Buna görə də, Colionun performansını dəyərləndirəndə, bu da nəzərə alınmalıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*