F-1.az xəbər verir ki, Colion iki mühərrik arasında fərq olduğunu bildirib: “Bəli, fərq var. Renault mühərrikləri Mercedes mühərrikləri qədər güclü deyil. Bunu hiss edə bilirəm. Renault mühərrikləri idarə etmək üçün rahatdır və bunun bəzi faydalı tərəfləri var. Burda hamı öz işini yaxşı görür. Qış boyu intensiv işləyiblər. Amma hazırda ən güclü mühərrik, heç sübhəsiz, Mercedes-dir.
Palmer testlərin 2-ci günü yaşadığı problem barədə də danışıb: “Hər şey yenicə başlayırdı və təəssüf olsun ki, dayanmaq məcburiyyətində qaldıq. Ciddi bir şey yox idi. Amma dayanmalı olduq…”