C.Palmer: “Maşını sürətləndirmək üçün çalışırıq”

Britaniyalı sürücü komandasının Silverstounda bir çox yenilikləri test etdiyini bildirib.

F-1.az xatırladır ki, Silverstounda keçirilən mövsümiçi testlərin ikinci günündə 98 dövrə vuran Renault-nun pilotu Colion Palmer ən sürətli 8-ci sürücü olmuşdu. Renault ikinci gün yeni asılqanı yoxlayıb və Palmer ondan razı qalıb.

Colion Palmer: “Maşınımızı sürətləndirmək üçün çalışırıq. Diqqətimizi buna yönəltmişik. Yeni asılqan üzərində çalışırdıq. Onu maşına yerləşdirmək xeyli vaxt aldı və nahar fasiləsində qurtardı. Biz həm də aerodinamika üzərində işlədik. Yoxlamalı olduğumuz xeyli yenilik var idi. Test proqramımız çox intensiv oldu.

Hava şəraiti də işimizi çətinləşdirdi. Yeni asılqanı əvvəlki ilə müqayisə etmək üçün onu quru havada test etmək lazım idi. Yaxşı ki, sonra tras qurudu. Yeniliklərdən razı qaldım”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*