C.Palmer: “Küləyə görə yerimdə fırlandım”

Renault komandasının sürücüsü Colion Palmer bildirib ki, əks istiqamətdə əsən küləyə görə yerində fırlanıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü 12-ci yerdə gedərkən, ardıcıl iki dəfə yerində fırlanmış və yarışı 15-ci yerdə bitirmişdi.

Colion Palmer: “Nikodan sürətli idim. Hücum edə bilərdim. Birdən əsən küləyə görə idarəetməni itirdim. Üçüncü sərbəst yürüşlərdə də buna bənzər hadisə ilə qarşılaşmışdım. Daha sonra bolidi əvvəlki sazlanmalara gətirə bildik. Mühərrik yerində fırlanmadan sonra çox qızmışdı və yenidən yerimdə fırlandım. Maks məni keçdikdən sonra yerimdə fırlanmağım tamamilə mənim səhvim oldu. Maqnussen ilə təmas yaşadım. Stüardlar cəza vermədiyi üçün şanslıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*