C.Palmer itirdiyi xala görə məyusdur

Colion Palmer Macarıstanda Formula1 karyerasının ilk xalını qazanmağa çox yaxın olsa da, səhv edərək yerində fırlanmış və xal qazana bilməmişdi. Britaniyalı bundan sonra məyus olduğunu bildirib.

F-1.az xatırladır ki, britaniyalı sürücü 10-cu yerdə gedərkən, yarışın 49-cu dövrəsində yerində fırlanıb və Formula1 karyerasındakı ilk xalından məhrum olub.

Colion Palmer: “Dördüncü döngəni həmişəki kimi döndüm. Təkərləri qorumağa çalışırdım. Birdən bolidin idarəetməsini itirdim və yerimdə fırlandım. Bütün xal ümidim orada getdi”.

Colion Palmer itirdiyi xala baxmayaraq, Renault-nun performansından razı qalıb: “Onuncu yerdə idim və pitə girmək məcburiyyətində deyildik. Sürətimiz yaxşı idi və digərləri ilə rəqabət edə bilirdik. Uzun müddətdən sonra yarışdan həzz aldım. Bu gün karyeramdakı ən gözəl sürüşlərdən birini etdim. Bir dəfə səhv etdim və buna görə də xal əldən getdi. Ümid edirəm ki, Hokkenhaymda da bu performansı davam etdirə bilərəm və xal qazana bilərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*