F-1.az xəbər verir ki, Rusiya Qran Prisindən sonra komanda onun üçün yeni şassi hazırlamaq qərarına gəlib. Palmer İspaniya Qran Prisində yeni şassidən istifadə edəcək. Eyni zamanda, bu şassi cümə günü Silverstounda baş tutan çəkiliş günündə sınaqdan keçirilib.
Colion Palmer Barselonada daha güclü olacaqlarına inanır: “Yaxşı bir həftəsonuna ehtiyacımız var. Kevin Rusiyada komandamız üçün xallar qazandı və bunun hər yarışda mümkün olduğunu bilirik. Artıq Avropadakı yarışlar başlayır və hamımız bu trası yaxşı tanıyırıq. Yaxşı nəticələr üçün səbirsizlənirəm”.