F-1.az xəbər verir ki, Colion Palmer testlərin ilk günündə cəmi 37 dövrə vurub və günü sonuncu yerdə başa vurub.
Palmer ilk gün barədə təəssüratlarını bildirib: “İlk gün üçün onu deyə bilərəm ki, xəyal qırıqlığı yaşadıq. Çox çətin gün idi.
İlk gündə ciddi problemlərimiz oldu. Daha çox dövrə vura bilərdik, amma çox problemimiz oldu. Yenə də bir neçə dövrə atdıq. Bütün gecə işləyib, problemləri həll etməliyik.
Proqramlaşdırmada problem var idi. Bütün günü işlədik, amma bu problemləri həll etmək çox çətindir. Yenə də inkişaf edə bildik. Ümid edirəm ki, gecə problemləri həll edə bilərik.
Əlbəttə, bu hal bizim əhvalımızı pozur, cəmi 8 test günümüz var və birində 37 dövrə atdıq. Bu hal bizim əsəblərimizi pozur. Amma qarşıda 3 günümüz var və daha çox dövrə vura bilərik”.