C.Palmer: “Hülkenberqi məğlub edə bilərəm”

Renault komandasının sürücüsü Colion Palmer bildirib ki, komanda yoldaşı Hülkenberqin onu darmadağın edəcəyi ilə bağlı proqnozlardan xəbəri var.

F-1.az xatırladır ki, Palmer mövsümöncəsi testlərdə yaxşı performans göstərsə də, Melburnda ilk yarışda bəxti gətirməmişdi və mübarizəni vaxtından əvvəl dayandırmalı olmuşdu.

Britaniyalı sürücü həftəsonuna qəza ilə başlamış və yarışın ilk dövrələrində mübarizəni dayandırdığı halda, komanda yoldaşı Hülkenberq 11-ci yeri tutmuşdu.

Colion Palmer: “Çox adam gözləyir ki, Hülkenberq tərəfindən darmadağın ediləcəm. Keçən il bu vaxtlar da eyni gözləntilər var idi, amma elə olmadı. Mübarizədən həmişə həzz almışam. Yaxşı komanda yoldaşının olması həmişə yaxşıdır.

Niko çox güclü karyerası olan sürücüdür və insanlar düşünür ki, o güclü komandalardan birində olmalıdır. Buna görə də özümü göstərmək üçün əlimdə gözəl fürsət var və ondan çox şey öyrənə bilərəm”.

Palmer komanda yoldaşı Hülkenberqə qarşı mübarizə apardığı ilk sıralanma turunda almaniyalı sürücüdən 3.3 saniyə geridə qalıb və sıralanma turunun birinci sessiyasında mübarizəni dayandırıb.

Colion Palmer: “Mövsümöncəsi testlərdə yaxın idik və məncə, cümə sərbəst yürüşlərində də yaxın idik. Daha sonra qəza etdim və həftəsonum alt-üst oldu. Çində hər şeyə sıfırdan başlayacam və görək nə olur”.

Qeyd edək ki, Palmer 2014-cü ildə GP2 üzrə Dünya Çempionu titulunu qazandıqdan sonra 2015-ci ildə Lotus komandasının ehtiyat sürücü olmuşdu. Britaniyalı sürücü Qrojanın Haas komandasına transferindən sonra Lotus komandasını satın alan Renault-nun sürücüsü olmuşdu.

26 yaşlı sürücü karyerasının ilk xalını keçən ilin Malayziya yarışında qazanmış və debüt mövsümündə 18-ci olmuşdu.

Colion Palmer: “Düzünü desəm, heç kim GP2-də qalib gələcəyimi düşünmürdü, amma mən çempion oldum. Heç kim inanmazdı ki, Formula1-də mübarizə apararam, amma apardım. Heç kim Kevin Maqnussenə müqavimət göstərəcəyimə inammırdı, amma mən bunu bacardım. Böyük ehtimalla bu belə davam edəcək. Mən narahat deyiləm. Günün sonunda nəticələr danışacaq. Bəzən kağız üzərindəki proqnozlar nəticələrdən fərqli olur və insanlar birinin güclü və ya zəif olduğunu düşünə bilər. Bəlkə də proqnozlar reallaşmayacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*