F-1.az xatırladır ki, Palmer son iki yarışda yaxşı performans göstərib və Malayziya yarışında xal qazanıb.
Buna baxmayaraq, britaniyalı sürücü Yaponiyadakı performansından daha çox razı qalıb və Amerika yarışından da xal qazanmaq istədiyini deyib.
Palmer bu həftəsonu Ostində ilk dəfə yarışacaq və britaniyalı daha əvvəl simulyatorda məşqlər etdiyini və trası bəyəndiyini deyib: “Bura çox gözəldir. Ostin trası son illərin ən müasir və estetik traslarından biridir və burada yarışmaq üçün həyəcanlanıram. Simulyatorda gördüm ki, burada çoxlu tələlər var. Çoxlu yüksəlmə və enmə zonaları var. Bəzi döngələri heç görmürsünüz. Buna görə də, diqqətli olmalısınız. Burada daha əvvəl yarışmadığım üçün cümə günündən maksimum istifadə etmək istəyirəm. Ümid edirəm ki, hər şey istədiyim kimi gedər”.