F-1.az xatırladır ki, almaniyalı sürücü gözlənilmədən mövsümün ilk yarışı Avstraliyada qalib gəlmiş, Həmilton isə ikinci yeri tutmuşdu.
Colion Palmer: “İlk psixoloji hücum indidən oldu. Bu, Həmiltona zərər verəcək. Mükəmməl həftəsonu keçirməyinizə baxmayaraq, əlinizdə olmayan səbəbdən qalib gələ bilməmək kabus kimidir. Həmilton rəqibi Fettellə fərqin çox olduğunu hiss etsə, sürətlənib önə keçə bilərdi. Amma virtual təhlükəsizlik maşını hər şeyi məhv etdi.
Bu qələbə Fettel və Ferrari-yə ruh yüksəkliyi qazandıracaq. Mercedes isə Bəhreyndə riskə getməyəcək. Həmilton intiqam almaq üçün motivasiyalı olacaq”.