F-1.az xatırladır ki, Red Bull, Force İndia və Haas komandaları bu sistemə qarşı çıxmış, Ədrian Nyui isə bu sistemin üzərində daha çox çalışmağın lazım olduğunu bildirmişdi.
Colion Palmer: “Halo sistemi ləğv olunarsa, çox sevinərəm. Bunun sadəcə çox eybəcər göründüyünü düşünürəm. Bu, Formula1-in ənənələrinə zidd bir şeydir. Maşının üstünün açıq olmasını sevirəm və bu idmanın kifayət qədər təhlükəsiz olduğunu düşünürəm. Əgər narahatlığım olsaydı, yarışmazdım. Halo sistemi ideal deyil. Maşınların üstünün hər hansı bir vasitə ilə bağlanması Formula1 üçün yaxşı olmayacaq”.