C.Palmer: “Haas-a çata bilərik”

Renault komandasının sürücüsü Colion Palmer bildirib ki, əgər onlar bolidi inkişaf etdirə bilsələr, mövsümün ikinci yarısında Haas ilə mübarizə apara bilərlər...

F-1.az xatırladır ki, Renault 5 ildən sonra zavod komandası kimi Formula1-ə geri dönüb və ilk 10 yarışda yeganə xallarını Rusiya yarışında Maqnussenin 7-ci yeri tutması hesabına qazanıb. Colion Palmerin builki ən yaxşı nəticəsi isə mövsümün ilk yarışı Avstraliyada aldığı 11-cilik olub.

Renault komandası hazırda turnir cədvəlində Haas-dan 22 xal geridə qalır və doqquzuncu yerdədir. Palmer bildirib ki, komanda 2017-ci ilə fokuslansa da, onlar mövsümün ikinci yarısında yaxşı nəticələr qazanacaqlar: “Edəcəyimiz ilk şey Haas-ı qabaqlamaq olacaq. Onlar ikinci sessiyaya çıxan komandadır və biz onların gerisindəyik. Əgər Haas-a çata bilsək, ikinci sessiyaya çıxa bilərik. Ümid edirəm ki, növbəti yarışlarda daha çox yenilik gətirib, onlara çatarıq. Bəlkə o vaxtı köhnə mühərriyə görə öndəki komandalardan geridə qalan Toro Rosso-ya da çatarıq.

Ümid edirəm ki, mövsümün ikinci yarısında traslar bizim üçün əlverişli olar. Sürücü kimi bəzi sahələrdə özümü inkişaf etdirirəm. Tras üzərində mənalı mübarizələr aparmaq gözəl olardı. Çox vaxt Manor və Sauber ilə mübarizə aparırıq, bəzən də heç kəslə mübarizə apara bilmirik”.

Colion Palmer çətin keçən mövsümə baxmayaraq, Renault-da yarışmaqdan peşman deyil: “Özümü yaxşı hiss edirəm. Silverstounda digər yarışlara nisbətən yaxşı sürdüm. İnkişaf etməyə davam edirəm və komanda bunu görür. Əlimdən gələnin ən yaxşısını etməliyəm. Boliddən maksimumu çıxardığımı göstərməliyəm. Bütün komanda hazırkı vəziyyətin yaxşılaşması üçün işləyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*