C.Palmer erkən bitən test günündən razı qalıb…

Colion Palmer ilk günlə müqayisədə, testlərin 2-ci gününün onlar üçün yaxşı keçdiyini bildirib.

F-1.az xatırladır ki, nahardan sonra trasa qayıdan Palmer mühərrik probleminə görə testi vaxtından əvvəl bitirməli olub. Günü 10-cu yerdə tamamlayan Renault sürücü həmin ana qədər artıq 42 dövrə vurmuşdu.

Colion Palmer: “Pozitiv bir gün oldu. Planlaşdırdığımız bir çox şeyi səhər seansında etdik. Proqramı uğurla tamamladıq. Maşının tarazlığı yaxşı idi və bu da mənim rahatlığımı təmin edir. Günü tez başa vurmalı olduq, amma hər şey yaxşı idi…”

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*