F-1.az xatırladır ki, britaniyalı sürücü birinci sərbəst yürüşlərdə yerini Sirotkinə versə də, ikinci sərbəst yürüşlərdə 43 dövrə vurub.
Colion Palmer: “Səhər seansını qaçırdıqdan sonra bolidə keçmək gözəl idi. Problemsiz bir günü geridə qoyduq və tempimiz də yaxşı idi. Xüsusən də, Soft təkərlərdə güclü idik. Medium təkərlərdə isə asfaltla ilişmə zəif idi. İndi isə mühəndislərimlə məlumatları təhlil etməliyik. Şənbə günü də bu performansı davam etdirib sıralanmada yaxşı yer turmaq istəyirik”.