C.Palmer: “Davam etmək şansımız yox idi”

Renault komandasının sürücüsü Colion Palmer bildirib ki, mövsümün ilk yarışında yaşadığı problemə görə özünü pis hiss edir.

F-1.az xatırladır ki, britaniyalı sürücü mövsümün ilk yarışında əyləc problemi yaşayıb və mübarizəni vaxtından əvvəl dayandırmalı olub.

Colion Palmer: “Yarışa daha sərt təkərlərlə başlasam da, startda 1-2 yer qazana bildim. Sürətim yaxşı idi. Niko və Estebanı öndə görə bilirdim. Daha sonra 14-cü dövrədə əyləclərdə problem yarandığını hiss etdim. Düşündüm ki, indi keçər, amma problem davam etdi və yarışdan çıxmaq məcburiyyətində qaldım. Ümid edirəm ki, Çində daha yaxşı nəticə qazanarıq. Nikonun tempi yaxşı idi və bu, bizə növbəti yarışlar üçün ümid verir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*