F-1.az xəbər verir ki, Renault komandası testlərdə Kevin Maqnussen ilə hər dəfə 100 dövrə vurur, amma Palmer test etdiyi günlərdə boliddə hər dəfə bir problem əmələ gəlir.
Colion Palmer bu barədə danışıb: “Son bir neçə gündə Kevinin atdığı dövrələrə baxdım. Hər şey qaydasında idi. Mənim proqramım başlayan kimi problemlər üzə çıxdı. Belə olandan sonra öz-özümə “Niyə mən?” deyə düşündüm.
Boliddəki sürət qutusu problemini həll etdik və yarış tempi proqramımızı bitirdik. Bu əla idi.
Bolid yaxşıdır və 100 dövrəyə çata bilmədiyim üçün məyusam.
Komanda keçən həftəyə nisbətən bolidi təkmilləşdirib. Sabah tək dövrə performansımıza baxacayıq və nələr baş verəcəyini görəcəyik”.