C.Palmer: “Bunu çoxdan gözləyirdim”

Renault komandasının sürücüsü Colion Palmer Sinqapur yarışını 6-cı yerdə bitirərək, karyerasında ən yaxşı nəticəyə imza atıb və buna görə sevincli olduğunu bildirib.

F-1.az xatırladır ki, britaniyalı sürücü həftəiçi 2018-ci ildə Karlos Saynsın onu əvəz edəcəyini öyrənmişdi.

Colion Palmer: “Nəticəyə görə çox sevinirəm. Bunu uzun müddət idi ki, gözləyirdim və əlimə keçən fürsətdən maksimum faydalandım. Çətin yarış idi. Startdakı insidentdən qaçıb yağış altında sürmək asan olmadı. Amma bolid çox yaxşı idi və komanda gözəl iş görərək, maşını finişə gətirməyimə kömək etdi. Sonrakı yarışlarda daha güclü olacağımı düşünürəm. Növbədə 6 yarış var və mən əlimdən gələni edərək, komandama kömək edəcəm. Mövsümboyu bəxtim gətirməsə də, bu yarışda işlər dəyişdiyi üçün xoşbəxtəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*