F-1.az xatırladır ki, Palmer bu mövsüm ancaq Malayziyada xal qazanıb.
Colion Palmer: “Mövsümün ikinci yarısında qazandığımız tempə görə Braziliya yarışına ümidliyəm. Meksikada daha yaxşı nəticə qazana bilərdik, amma heyif ki, sıralanma turunda iştirak edə bilmədik. Fikirləşirdim ki, ən yaxşı sıralanma nəticəmi göstərərəm, amma yarışda yaxşı performans göstərə bildim. Yarış tempimiz güclü idi. Meksikada McLaren-lərlə mübarizə apara bildik. Buna görə də Braziliya yarışı üçün özümə güvənirəm. Bolid hər yarışda daha da güclənir və mən də özümü təkmilləşdirirəm. Braziliya trası gözəl trasdır və gələn həftə üçün ümidliyəm.
Mövsüm tez bitdi. Əlimizdən gələn hər şeyi etməliyik. Mövsüm bitmədən yenidən xal almaq istəyərəm. Buna görə də son iki yarışda əlimdən gələni edəcəm”.