F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışın sonlarında Fettelə yaxınlaşsa da, hücum cəhdləri nəticəsiz qalmış və Ferrari komandasının sürücüsü yarışı qazanmışdı.
Colion Palmer: “Bottasın olduğu vəziyyətdə olmuşam. Amma mən qələbə uğrunda mübarizə aparmırdım. Ancaq vəziyyət nə olursa-olsun, fürsətiniz varsa və bundan istifadə etmirsinizsə, fürsətin qaçdığını düşünürsünüz. İlk döngədə risk edib liderliyi ələ keçirə bilərdi. Ya da çox sərt manevr edərdi. Alınmasa, yenə ikinci olacaqdı. Heç olmasa, sınayardı. Lakin sonda hər şey daha pis ola bilərdi. Qəzalar belə hallarda olur”.