F-1.az xəbər vermişdi ki, Colion 2016-cı ildə Renault komandasının tərkibində Formula1-də mübarizə aparacaq. Komanda artıq dünən bolidini təqdim edib və komandanın heyətini açıqlayıb.
Colion Palmer: “Komandanın keçənilki vəziyyətinə əsasən deyə bilərəm ki, bizi çətin il gözləyir. Peletonun harasında olacağımız məlum deyil. Keçən il daha çətin idi. Çünki, komandanın maliyyə problemləri vardı və dəfələrlə yarışlara buraxılmama riski ilə qarşılaşdıq. Bəzi yarışlara gedərkən hətta hava limanında gözləmək məcburiyyətində qaldıq. Yaxşı ki, bütün yarışlarda iştirak edə bildik və mövsümü yekunlaşdırdıq.
Formula1-də hər kəs bizi izləyir. Bir qədər qəddar olmalıyıq və özümüzü düşünməliyik. Bu mövsüm Melbrundan etibarən əlimdən gələnin ən yaxşısını etmək məcburiyyətimdə olduğumu bilirəm”.