F-1.az xatırladır ki, 25 yaşlı sürücü debüt mövsümünə qəzalarla və səhvlərlə başlasa da, mövsümün sonuna doğru qənaətbəxş nəticələr almışdı. Britaniyalı sürücü Malayziya yarışında 10-cu olaraq, Formula1 karyerasının ilk xalını qazanmışdı.
Colion Palmer: “Son mövsümdən sonra daha da gücləndim. Zehni cəhətdən də çətin mövsüm idi. Böyük əngəllərlə qarşılaşdım. Bolidim zəif idi və mənə qarşı ön mühakimələr var idi. İl ərzində Renault ilə çox sürücünün adı hallandı. Onlara qarşı mübarizə aparmaq və növbəti il harada olacağını bilmədən sürmək məni zehni cəhətdən gücləndirdi. Əgər bu hal sizi gələcək karyeranızda daha da güclü edəcəksə, bunun pis bir şey olduğunu zənn etmirəm. Ümid edirəm ki, karyeramın ən çətin dövrü bu olar”.
Palmer etiraf edib ki, İngiltərədəki testlərdən sonra texniki cəhətdən anlayışı çox inkişaf edib: “Bu il texniki cəhətdən çox şey öyrəndim. Silverstoundakı test günündə fərqli şeylər etdik və hər şeyi sınadıq. Bu ən yaxşısını öyrənmək üçün gözəl fürsət idi. Mükəmməl komandadır və komandada çox təcrübəli insanlar var. Hamı komanda üçün daha yaxşısını etməyə çalışır.
Hazırda Renault üçün qəbulolunmaz bir yerdəyik. Amma fərqli şeylər sınayırıq və komanda kimi öyrənəcəyimiz çox şey var”.