F-1.az xatırladır ki, Ferrari keçən il gözlənilmədən finlandiyalı sürücü ilə müqaviləni daha bir mövsüm uzatmış və sərt tənqidlərə məruz qalmışdı.
Cankarlo Minardi: “Bizi maraqlı mövsüm gözləyir. Bəzi sürücülərin müqaviləsi bitir və yeni müqavilə üçün yaxşı çıxış etməlidirlər. Məncə, Rəykkönenin Ferrari-də qalma səbəbi Fetteldir. Stabil çıxış etməsə də, Fettel onun qalması üçün komandaya israr etdi. Ferrari əgər Mercedes-i məğlub etmək istəyirsə, iki güclü sürücü ilə yarışmalıdır. Hazırda onlarda vəziyyət belə deyil.
Bu il böyük ehtimalla Fernando Alonsonun son mövsümü olacaq. Honda mühərriyi ilə bərbad üç il keçirdikdən sonra yenidən tam güclə sürə biləcək”.