F-1.az xatırladır ki, Haas komandası hazırda Ferrari-nin ikinci komandası sayılır. Lakin amerikalılar son verdiyi açıqlamada bildiriblər ki, gələn il də Maqnussen və Qrojan cütü ilə davam edəcəklər. Bu açıqlama Ferrari-nin ehtiyat sürücüsü Antonio Covinatsi üçün pis xəbərdir. Ferrari-nin digər müştərisi Sauber isə gələn il Honda mühərriyinə keçə bilər. Belə olan halda, italyanlar gələn il təkcə Haas-a mühərrik satmalı olacaqlar.
Cankarlo Minardi: “Belə olan halda, Ferrari-nin gənc sürücüləri üçün tətbiq etdiyi bütün sistem məğlub olar. Belə olan halda, Ferrari sürücülərinin sığortası qalmaz. Ferrari bu formada müştərilərinə söz keçirə bilməz. Hələki bu ssenarini düşünmək istəmirəm”.