F-1.az xatırladır ki, Covinatsi keçən mövsüm GP2-də mükəmməl mövsüm keçirmiş və son yarışda çempionluğu əldən verərək, Pyer Qaslidən sonra ikinci olmuşdu.
Cankarlo Minardi: “Sözün açığı, düşünürəm ki, Antonio Formula1-də yarışmağa qadirdir və hazırdır. Ferrari-yə transfer olunması onun üçün sevindirici haldır, amma burada karyerasının sonuna qədər test sürücüsü olaraq qala bilməz. Onun yarışmağa ehtiyacı var və bir komanda Covinatsini transfer etməlidir. Hazırda bu imkanı ona sadəcə kiçik komandalar verə bilərlər və bu ancaq birillik müqavilələrlə mümkündür”.
Covinatsi özü 2017-ci il barədə danışıb: “Buraya gəlmək məqsədim işləri daha peşəkar formada öyrənmək istəyimdir. Formula1 mənim üçün yenidir və öyrənməli olduğum çox şey var. 2017-ci il mənim üçün çətin keçəcək”.