F-1.az xatırladır ki, avstraliyalı sürücü Almaniya yarışında yaxşı start alıb, liderliyə yüksəlsə də, ilk dövrənin sonunda artıq geriləmişdi. Təcrübəli sürücü yekunda 5 Ducati sürücüsündən geridə qalaraq, 6-cı yeri tutub.
Cek Miller: “Çatışmayan tərəflərimiz var. Limitlərdə sürsəm də, xırda bir səhv etdim və rəqiblərim mənə çatdı. Büyün həftəsonu ərzində tempimiz yaxşı idi. Sadəcə tempimiz bir az zəifdir.
Mucello yarışına nisbətən Ducati-yə daha yaxın idik, ancaq ilk dövrələrdə davamlı vaxt itirdik. Ducati isə həmişə sürətlənə bilir və sonra qaza basır. Biz yarış ərzində daha stabilik. Pis deyilik, amma ilk dövrələrdə daha da güclü olmalıyıq”.
Qeyd edək ki, bu il KTM-ə qatılan Cek Miller hazırda topladığı 79 xalla 7-ci yerdədir. O, lider Françesko Banyayadan 81 xal geridə qalır.