C.Miller: Tənqidçilər indi nə edirlər?

KTM komandasının sürücüsü Cek Miller bildirib ki, tənqidçiləri susdurduğu üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü çətin keçən ilk 3 yarışdan sonra Xeresdə üçüncü olaraq, podiuma yüksəlib.

Cek Miller: “Həzz alıram. Bu işi çox sevirəm. Bu çempionatda əksəriyyət sürdükləri motosikletin zəif olduğunu və rəqiblərin motosikletlərinin sürətli olduğunu deyirlər. Əgər güclü olmaq istəyirsinizsə, trasa çıxın və işinizi görün. Çətin deyil. Ducati-də qalmayacaqdım. Orada özümü tahat hiss etmirdim və yeni komandaya keçmək istəyirdim.

Buna risk almaq deyirlər. İş dünyasında insanlar bunu həmişə edər. Əgər özünüzə inanırsınızsa, bu riskləri alarsınız. Mən özümə, istedadıma və bir yerdə işlədiyim adamlara inanıram. Bir risk aldıq və nəticələri yaxşıdır.

Mənə bu fürsəti verdikləri üçün KTM-ə nə qədər təşəkkür etsəm, azdır. Bizdən şübhə edən insanalara da təşəkkür edirəm, çünki bu işi sevirəm. İki motosikletlə də podiuma çıxmağımız bu motosikleti pisləyənlərə əla cavab oldu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*