C.Miller qəzanın səbəbini deyib

KTM komandasının sürücüsü Cek Miller qəzasının səbəbini açıqlayıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü ABŞ yarışının startında 10-cu yerdən 3-cü yerə qədər yüksəlib və sürətli liderlərə yaxınlaşıb. Amma 7-ci dövrədə qəza edərək mübarizəni dayandırıb.

Cek Miller: “Motosiklet əla işləyirdi. İkinci sektorda özümü yaxşı hiss edirdim. Tempim yerində idi. Qəzadan iki dövrə əvvəl motor xəritələrini dəyişdirdim və özümü rahat hiss edirdim. Rəqiblərimin yavaşladığını hiss etdim.

Altıncı döngəni da raldım və yeddinci döngə üçün yön dəyişəndə bir az ləngidim. Daha geniş trayektoriyadan girmək istədim. Buna görə də arxa tərəfə çox yük düşdü. Qəzanın səbəbi bu ola bilər. Motosikleti saxlamağa çalışsam da, qurtara bilmədim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*