C.Miller Portuqaliyaya qədər öyrəşmək istəyir

KTM komandasının sürücüsü Cek Miller Portuqaliyada yaxşı nəticə qazanmaq istəyir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü bu il Ducati-dən KTM-ə transfer olunub. Bu iki komandanın motosikletləri isə tərz olaraq bir-birlərindən fərqlidirlər.

Cek Miller: “Motosiklet və ya komanda dəyişmək asan deyil. Öyrəşənə qədər özünüzü yaxşı hiss etmirsiniz. Keçən il belə halı Aprilia-ya keçmiş Vinyalesdə gördük. Əlimdən gələni edəcəm.

Hər şey qaydasında getsə, mövsümün ilk yarışı Portuqaliyada KTM-ə tamamilə öyrəşəcəm. Bunun üçün bir neçə test bəsdir, amma bu ən yaxşı ssenari olar. Mövsümün ilk rübü bu motosikleti öyrənmək üçün vacib olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*