F-1.az xatırladır ki, avstraliyalı sürücü Moto3-də yarışarkən KTM-də çıxış etmiş və mövsümü ikinci yerdə bitirmişdi.
Keçən il Ducati-də çıxış etmiş və bir qələbə qazanmış Miller bu mövsüm yenidən KTM ailəsinə qayıdıb.
Cek Miller: “Artıq KTM ailəsinə qayıtdığımı hiss edirəm. Uzun müddətdir ki, bu anı düşünürdüm. Axır ki, 2023-cü il rəng çalarını, komanda formasındakı görünüşümü və yeni mövsüm hazırlıqlarını görə biləcəm. Buraya qayıtmaq gözəl oldu. Haml ilə dərdləşdim və Malaziyadakı testlərdən əvvəl bu yaxşı oldu”.