C.Miller ilk qış testlərində iştirak edə bilməyəcək

Motokrosda məşq vaxtı ayağını qıran Cek Miller Sepanqda keçiriləcək ilk qış testlərində iştirak edə bilməyəcək...

F-1.az xatırladır ki, Miller 2015-ci ildə LCR Honda komandasında çıxış edib. Cek bu ayın əvvəlində Motokros zamanı qəza edərək sağ ayağını iki yerdən qırmışdı. Avstraliyalı sürücü bu qəzadan sonra əməliyyat edilib və ayağına bir neçə yerdən mil qoyulub.

Millerin vəziyyəti günü-gündən yaxşılaşır, amma həkimlər ona fevralın ilk günlərində keçiriləcək qış testlərində iştirak etməyə icazə verməyiblər.

Marx VDS komandasının sahibkarı Maykl Bartolemi bu barədə açıqlama verib və Millerin testlərdə iştirak etməyəcəyini təsdiqləyib: “Cekin hazırkı vəziyyəti onun Sepanq qış testlərində iştirak etməsinə icazə vermir. Ümid edirik ki, o Phillip İsland trasında keçiriləcək qış testlərinə qədər hazır olar…”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*