C.Miller ilk olmaq istəyir

KTM komandasının yeni sürücüsü Cek Miller MotoGP tarixində 3 fərqli komandada yarış qazanmış ilk sürücü olmaq istəyir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü daha əvvəl Honda və Ducati ilə yarışmış və hər ikisində də qələbələr qazanmışdı. 27 yaşlı pilot bu ildən KTM komandasının şərəfini qoruyacaq. Bu isə o deməkdir ki, Cek burada da yarış qazansa, üç fərqli marka ilə qalib gələn ilk sürücü olacaq.

Cek Miller: “Əlbəttə bunu hədəfləyirəm. Bunun üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Ancaq MotoGP uşaq oyuncağı deyil. Getdikcə daha qarışıq olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*