F-1.az xatırladır ki, bu il MotoGP-də yaponiyalı istehsalçılar fiaskoya uğradıqları halda, avropali istehsalçılar at oynatmağa başlayıblar. Bu il yeddi yarışdan altısında Ducati, birində isə Honda qalib gəlib. Yamaha isə artıq onluğa belə düşə bilmir.
Lakin Honda-nın motosikletini sürmək çətin olduğu üçün sürücüləri tez-tez qəza edirlər. Həmişə stabilliyə ilə seçilən Xoan Mir belə Honda-ya keçdikdən sonra 12 qəza edib və 2 dəfə zədələnib. Aleks Rins isə Mucelloda ayağını qırıb. Mark Markes isə Almaniyada 5 dəfə yıxıldıqdan sonra əsas yarışa çıxmayıb. O, eyni zamanda Assendəki yarışı da buraxmalı olub.
Bir dövrlər MotoGP-də hegemonluq edən indi Moto2-yə şassi verən Kalekslə işləməyə razıdır. Sürücülərin belə halda şikayət etməsi normal olsa da, Miller bununla razı deyil.
Cek Miller: “Motosikletlərindən şikayət etməyən yeganə komanfa KTM-dir. Problem olanda həll etmək üçün əlimizdən gələni edirik. Digərləri isə oyuncaqlarını yataqdan ataraq, ağlamağa başlayırlar. Bu qədər bəsit.
Niyə pis vəziyyətdədirlər? Çünki yaxşı mühəndislərlə anlaşmaq üçün əvvəlki mühəndislərinin əksəriyyətini qovdular. İndi yaman gündədirlər və bir dövrə belə vura bilmirlər. Günah onlardadır. Hamı şikayət etmək istəyir və problemləri həll etmək fikirləri yoxdur. Kəs səsini və işinlə məşğul ol. Motosiklet sürmək üçün pul qazanırsınız. Prinsessa kimi motosikletdən şikayət etmək üçün yox”.
Əksəriyyət düşünür ki, Miller bu sözlərlə Mark Markesə sataşır…