F-1.az xatırladır ki, peletonun yeganə debütant sürücüsü olan Avqusto sonuncu Fransa yarışına 12-ci yerdən başlasa da, rəqiblərinin qəzalarından və səhvlərindən istifadə edərək, finişə 4-cü yerdə çatıb. O, podiumdan 1.5 saniyə geridə qalıb.
Bu nəticə Tech3 komandası üçün çox yaxşı nəticədir. Onlar 2020-ci ildə Portuqaliyada qalib gəldikdən sonra ilk dəfə belə yüksək nəticə qazanıblar.
Cek Miller: “Yaxşı gedir və yaxşı işləyir. Şikayət etmir və bir debütantın edəcəyini yerinə yetirir. Belə nəticələr çox işlədiyiniz halda gəlir. Komanda olaraq əla işləyirlər. Onun adına çox sevinirəm.
Yarışda məni keçəndə təəccübləndim. Amma bir KTM-in yaxşı performans göstərməsi sevindirici haldır. Keçmişdə dediyim kimi bu motosiklet hamımızın işinə yarayır, çünki hamımızın sürüş tərzləri fərqlidir”.