C.Miller: Beş yarışda hər şey oldu

KTM komandasının sürücüsü Cek Miller bildirib ki, 2023-cü il mövsümü çox həyəcanlı davam edir.

F-1.az xatırladır ki, hazırda çempionatda komandalar çox yaxındırlar və titula iki namizəd var: Ducati və KTM.

İndiyə kimi 5 sprint və 5 əsas yarış keçirilib və 3 fərqli sprint və 3 fərqli yarış qalibi olub. Hazırda çempionara son çempion Françesko Banyaya liderlik edir. Marko Bezzekki onu 1 xal geridən izləyir.

Cek Miller: “Beş yarış geridə qaldı və indiyə kimi hər şeyi gördük. Çempionat böyük ehtimalla bu tempdə davam edəcək. Elə bil ki, keçən ilin iynələnmiş versiyasını izləyirik. Çoxlu motosiklet var və hamı rəqabətədavamlıdır. Bu həftə geridə olan sürücü növbəti həftə qələbə uğrunda mübarizə aparır. Buna görə də niyə Banyayanı hələ çempionluğa əsas namizəd görürlər anlamıram.

Hamı rəqabətədavamlıdır. Əgər bir sürücü həftəsonu potensialının 98 faizini qoymursa, həmin yarış bərbad keçir. Mövsüm əla gedir və yarışlar maraqlıdır. Düzdür, təmas çox olur, amma bunlar yarışın bir parçasıdır. Hamının üzərində böyük təzyiq var. Qazanılacaq və itiriləcək şeylər çoxdur. Bunun bir hissəsi olmaq gözəldir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*