C.Miller: Axmaqlıq etdim

KTM komandasının sürücüsü Cek Miller Fransada iki dəfə mübarizəni vaxtından əvvəl dayandırdığı üçün özünü axmaq adlandırıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Le Manda keçirilən həm sprint, həm də əsas yarışda mübarizəni vaxtından əvvəl dayandırıb. O, sprint yarışında liderliyə yüksəlsə də, daha sonra geriləmiş və altılıq uğrunda mübarizə aparmışdı. Bu qəzalardan sonra Miller lider Banyayadan 45 xal geridə qalır.

Cek Miller: “Sadəcə mənim üçün səhvlərlə dolu həftəsonu oldu. Bu heç də yaxşı deyil. Buna görə komandadan üzr istədim. Mucelloda daha güclü olmağa çalışacağıq. Hələ 45 xal geridəyik və liderlik elə də uzaq deyil.

Pekkonun və digər rəqiblərimin xalsız qaldığı yarışdan yaxşı nəticə ilə qayıda bilərdik. Ancaq alınmadı. Bunun üçün özümə əsəbiyəm.

Həftəsonu istədiyimiz kimi keçmədi. Amma əlimizdən bundan yaxşısı gəlmirdi. Doğrudan da çox işləyirəm. Yarışda bir neçə dövrə lider getdim və tempim yaxşı idi. Sol arxa tərəf əla hiss verirdi. Xüsusən də təkərin sol tərəfini qorumağa çalışırdım. Öz tempimdə gediridm, amma Bezzekki keçəndən sonra məndən sürətli olduğu məlum idi və sürətlə uzqalşdı.

Yarışın bitməsinə 7 dövrə qalmış var qüvvəmlə sürməyə başladım. Ən yaxşı dövərmi vurdum və sonrakı dövrənin 4-cü döngəsində axmaq kimi porebriklərdən çox istifadə etdim. O anda hər şey bitdi. Əlimdən heç nə gəlmirdi. Motosikletə tutunmağa çalışsam da, sonda zərbə ilə yerə yıxıldım”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*