C.Klia: Yeniliklər SF-23-ü yaxşılaşdırdı

Ferrari komandasından Cok Klia bildirib ki, yeniliklər SF-23-ün problemlərini xeyli yüngülləşdirib.

F-1.az xatırladır ki, “qırmızılar” Barselonaya böyük yeniliklər gətirmişdilər. Onlar iki ildir istifadə etdikləri saydpodlardan imtina edərək, Red Bull-a bənzər saydpodlara keçiblər. Lakin SF-23 yavaş döngələrdə yaxşı olsalar da, düzlüklərdə yenə geridə qalırlar. Bu da o deməkdir ki, sürücülər boliddən istədikləri performansı ala bilmirlər. Bolid vahid dövrədə yaxşı olsa da, yarış tempində təkərləri qoruya bilmir.

Cok Klia: “Saydpod, altlıq və diffuzor asfaltayatma qüvvəsinin haradan gəldiyini müəyyən edir. Bu da sizi altlığın üzərində fərqli yerlərə hava göndərməyə yönləndirir. Yəni ki, altlığa baxıb, fərqli saydpoda ehtiyacımız var deməyəcəksiniz. Arxa təkərin ətrafından nə baş verir ona baxacaqsınız və burayı dəyişdirməliyik deyəcəksiniz. Bu dəyişiklikdən sonra isə fərqli saydpos əldə edəcəksiniz.

Bolidimiz çox iti dii və bu yeniliklərdən sonra bolidimiz daha hərtərəfli oldu. Bu yeniliklərdən sonra bolidin arxa tərəfinə daha çox hava gələcək və performans artacaq. Yenilik eyni zamanda bolidi küləyə, yellənməyə qarşı daha həssas etdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*