C.Klia: “Sıralanma problemləri həll olunmayıb”

Cok Klia bildirib ki, Ferrari artıq sıralanma problemlərini həll etməyə başlayıb, amma poul qazanacaq vəziyyətdə deyillər.

F-1.az bildirir ki, Ferrari-nin ən təcrübəli mühəndislərindən biri olan Klia bildirib ki, Fettel və Rəykkönenin son sessiyalarda geridə qalmasının çoxlu səbəbi var. Klia bildirib ki, onlar bu problemləri həll ediblər, amma poul alacaq qədər inkişaf etməyiblər: “Formula1-də problemlər bir səbəbə görə olmur. Ümumulikdə, fərqli şeylərin bir araya gəlməsi ilə yaranır. Red Bull-un inkişaf etdiyi və son yarışlarda yaxşı nəticələr qazandığı açıq-aydın görünür.

Son sessiyalarda geridə qalırıq. Öndəki komandalarla mübarizə aparacaq gücdə olduğumuzu düşünürük, ancaq son anda yenidən geriyə düşürük. Bilmirik ki, problem təkərlərdədirmi ya sazlanmalardadırmı? Bu bizə maraqlıdır və bu problemin üzərində işləməyə davam edirik.

Barselona və Monakodan sonra sınadığımız şeylərin işə yarayacağını düşünürəm. Doğru yoldayıq. Tempimiz həmişə öndəkilərlə müqayisə olunacaq, amma biz zirvədə olmayıncaya qədər performansımızdan razı qalmayacayıq. Buna görə də performansımızı artırmağa çalışırıq”

Qeyd edək ki, Ferrari 2016-cı ildə poul qazana bilməyib, amma 2015-ci ildə bir poul qazanmışdı.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*