C.Klia artıq Ferrari-də çalışır

Hələ 2014-cü ilin sonunda Lola, Benetton, Lotus, Williams, Brawn GP və Mercedes AMG komandalarının keçmiş əməkdaşı, Conni Herbert, Deyvid Kulthard, Jak Vilnöv, Takuma Sato, Rubens Barrikello, Mixael Şumaxer, Niko Rosberq və Lyuis Həmilton kimi sürücülərin yarış mühəndisi olmuş Cok Klia Ferrari komandasına keçməsini elan etmişdi.

F-1.az xatırladır ki, sonuncu iş yeri, Mercedes AMG komandası ilə müqaviləsinin şərtlərinə əsasən, birillik fasilə götürən Cok dünən Pol Rikar avtodromunda Pirelli yağış təkər testlərində kameraların obyektivinə düşüb. Cok birinci dəfə Ferrari kombinezonunda olub və komandanın baş mühəndisi vəzifəsini icra edib.

Britaniyanın Sky Sports kanalının şərhçisi Ted Kravits isə bildirib ki, “Cok 20 il trasda rəqib olduğu komandanın baş mühəndisi vəzifəsindədir…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*