F-1.az xatırladır ki, keçən ildən bəri Manor-un devoloper sürücüsü olan Kinq Formula1-də debütünü dekabr ayında Əbu Dabidə keçirilən Pirelli-nin təkər testlərində etmişdi. O, Manor-la ikisi bu il olmaqla, üç dəfə testlərə qatılıb. Ostində isə ilk dəfə yarış həftəsonunda trasa çıxacaq.
Cordan Kinq: “İlk növbədə mənə bu şansı verən Manor-a təşəkkür edirəm. Bu, mənim üçün doğru istiqamətdə atılmış böyük addımdır. MRT05 ilə qatıldığım iki yaxşı test bu qapını mənim üzümə açdı. Bu, yuxu kimidir, lakin cümə günü görməli olduğum çox iş var. Sərbəst yürüşlərdə komandam üçün faydalı olmaq istəyirəm”.
Cordan sonuncu dəfə iyul ayında Silverstoundakı testlərdə MRT05-i idarə edib.
Qeyd edək ki, GP2 seriyasında yarışan sürücü hazırda çempionatda 5-ci yerdədir.