F-1.az xəbər verir ki, Kinq Manor komandasının təkmilləşdirmə üzrə sürücüsü olacaq.
Cordan Kinq: “Keçən il maşına əyləşmək və onu idarə etmək mənim üçün çox vacib idi. Mən burada Formula1-ə aid hər şeyi gördüm və indi özümü daha hazır hiss edirəm. Manor-un təkmilləşdirmə üzrə pilotu olmaq gözəl hissdir. Paskal və Rio yaxşı insanlardır. Komandada hər kəs yaxşıdır, onlarla işləyəcəyim üçün həyəcanlıyam”.
Qeyd edək ki, Cordan 2015-ci ildə GP2-də Racing Engineering komandasının tərkibində debüt edib. Çıxdığı 22 yarışda bir dəfə podiuma yüksələn ingilis sürücü mövsümü 60 xalla 12-ci yerdə tamamlayıb. O, GP2 karyerasını bu il də eyni komandada davam etdirəcək.