C.Kinq: “Manor-un getməsi idmana ziyandır”

Cordan Kinq Manor-un idmandan çəkilməsini yaxşı qarşılamayıb və bildirib ki, bu hal gənc sürücülərin idmana gəlməsi üçün pis təsir yarada bilər.

F-1.az xatırladır ki, Kinq 2016-cı ildə Manor komandasının heyətində iki dəfə sərbəst yürüşlərə çıxmış və son iki ildə bolidin inkişafına kömək etmişdi.

Xatırladaq ki, Manor keçən il Avstriya yarışında 10-cu olmuş və komandasını mühəndislər çempionatında 10-cu yerə qaldırmışdı. Amma Sauber komandasından Felipe Nasr Braziliyada 9-cu olaraq, komandasına 2 xal qazandırmış və Mühəndislər Kubokunda 10-cu yerə yüksəltmişdi. Beləliklə, Manor mövsüm sonunda bonusdan faydalana bilməmişdilər. Buna görə də maliyyə problemlərinə görə Formula1-dən çəkilməli olmuşdular.

Cordan Kinq: “Keçən il yaxşı bolidləri var idi. Yaxşı təkmilləşmişdilər. Bəzi yarışlarda önə çıxa bilmişdilər. Sıralanma turunda isə Paskal Verlyayn bir neçə dəfə ikinci sessiyaya qala bilmişdi. 2016-cı ilin sonunda 2017-ci il üçün resurs axtarmağa başlamışdılar. Sözün açığı, bu mövsüm də yarışlarda olmalarını istəyərdim. Amma maliyyə problemləri buna imkan vermədi. Bu hal həm idman üçün, həm də gənc sürücülər üçün pis olacaq. Görək nə olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*