C.Kinq Əbu Dabidə trasa çıxacaq

Manor komandasının developer sürücüsü Cordan Kinq Əbu Dabi QP-nin ilk sərbəst yürüşlərində iştirak edəcək.

F-1.az xatırladır ki, hazırda GP2-də mübarizə aparan Kinq bu mövsüm ilk dəfə Ostində birinci sərbəst yürüşlərdə trasa çıxmışdı. Britaniyalı sürücü Əbu Dabidə Okonu əvəz edərək, bu mövsüm ikinci dəfə birinci sərbəst yürüşlərdə trasa çıxmış olacaq.

Manor komandasının rəhbəri Deyv Rayan bu barədə danışıb: “Cordanı qəbul etdiyimiz üçün sevincliyik. Əbu Dabidə bu mövsüm ikinci dəfə trasa çıxacaq. Onunla tamamlamalı olduğumuz test proqramı var. Bizi test edilmək üçün bir neçə detal gözləyir”.

Xatırladaq ki, 22 yaşlı sürücü hazırda GP2-də 5-ci pillədədir…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*