F-1.az xatırladır ki, İspaniya yarışında Sayns 7-ci, Daniil Kvyat isə 9-cu yeri tutmuşdular.
Ceyms Ki: “Yeniliklərin üzərində bir az da işləməliyik. Hazırda Mühəndislər Kubokunda 5-ci olsaq da, rəqiblərimiz çox güclüdürlər. İspaniyada heyif ki, problemlər bizdən əl çəkmədi və rəqabətədavamlı ola bilmədik. Yarış tempimiz isə yaxşı idi və hər iki bolidlə xal alaraq, çətin bir işin öhdəsindən gəldik. Monako mühərrik gücünə görə bizə kömək edəcək və bundan istidadə edib yaxşı nəticə qazanmaq istəyirik”.