F-1.az xatırladır ki, italyanlar Red Bull komandasının törəmə komandası kimi fəaliyyət göstərirlər. Ona görə də bir çoxları elə zənn edirlər ki, Toro Rosso komandasının əksər detallarını Red Bull komandası hazırlayır.
Ceyms Ki: “Məncə, Toro Rosso komandası insanların düşündüyündən daha çox iş görür. İnsanlar bunu bilmir və bu doğrudan da əsəbpozucudur. Bəzi hallarda Red Bull ilə işləyirik. Amma bizim özümüzün aerodinamika bölməmiz və aerodinamik borumuz var. Qaydalara görə müstəqil işləyirik. Bolidin bütün dizaynı Faentsada yığılır. Bir dənə ötürmələr qutusunun daxili detallarını Red Bull Technology-dən alırıq. Onu da bir yerdə düzəldirik. Digər şeyləri isə özümüz hazırlayırıq”.