F-1.az xatırladır ki, Pət Simondsun müqaviləsi 2017-ci ilin sonunda başa çatır və britaniyalılar peşəkar karyerasını başa vurmağa hazırlaşan mütəxəssisi əvəzləyəcək şəxsin axtarışına başlayıblar.
Williams komandası yayda Ferrari komandasını tərk etmiş Ceyms Əllisonun da namizədliyini nəzərdən keçiriblər, amma seçimi Kinin üzərində dayandırıblar. Əllison hələ heç özü də bilmir ki, gələcəkdə nə işlə məşğul olacaq, amma bir çox komandalar, hətta Mercedes də onunla maraqlanır, çünki 2017-ci ilin sonunda Pəddi Lounun da müqaviləsi başa çatır…