F-1.az xatırladır ki, Ceyms Ki keçən ilin yayında McLaren-lə müqavilə bağlasa da, Red Bull şirkəti istedadlı texniki direlktoru buraxmaq istəmirdi. Lakin qış aylarında hər iki tərəf də razılığa gələ biliblər. Toro Rosso komandası fevral ayında Ki ilə yollarını rəsmən ayırdığını və martın 25-dən etibarən McLaren-də işləyəcəyini bildirib.
Qeyd edək ki, Toro Rosso komandası britaniyalı mütəxəssisin əvəzinə Codi Eqqintonu gətirib. Ki isə artıq McLaren komandasının texniki direktorudur.