F-1.az bildirir ki, britaniyalı mütəxəssis martın 23-də Toro Rosso komandasından ayrılacaq və martın 25-dən McLaren-də işləməyə başlayacaq. Keçid Avstraliya-Bəhreyn yarışları arasında reallaşacaq. Toro Rosso komandasında texniki direktor vəzifəsinə Codi Eqqinton gətiriləcək.
Xatırladaq ki, McLaren keçən il Ceyms Ki ilə razılaşdıqdan sonra Britaniya komandası ilə Red Bull arasında mübahisə düşmüşdü. Toro Rosso ilə çoxillik müqaviləsi olan Kinin sərbəst buraxılma şərtlərinə əməl olunmalı idi. Ancaq bəzi problemlər yaşanıb. Hətta şaiyələrə görə italyan təmsilçisi McLaren-dən gənc Lando Norrisi istəyib. Lakin britaniyalılar gənc sürücünü heç bir yerə buraxmayaraq 2019-cu ildə yarışdırmağa qərar veriblər.