C.Ki heç təəccüblənməyib

Toro Rosso komandasının texniki direktoru Ceyms Ki bildirib ki, Honda mühərriklərinin performansı sürpriz deyil.

F-1.az xatırladır ki, Honda 2015-2017-ci illərdə McLaren-lə etibarlılıq problemləri yaşasa da, builki qış testlərində Toro Rosso komandası ilə ən çox məsafə qət edib.

Ceyms Ki: “Keçmişə baxanda Honda-nın performansı sürpriz kimi görünə bilər, amma belə deyil. Çox yaxşı bazaları var və hamı əlindən gələni edir. Onlarla işlədiyimiz üçün xoşbəxtik. Bilirdik ki, yaxşı işləyirlər və əsl güclərini gördük. Dörd gün ərzində problem görmədik və çox sevincliyik. Davamlı toplantılar edib zəif yönlərimizi müzakirə edirik. İnanıram ki, mövsüm ərzində inkişaf edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*